
RegionTV.info-nun “Report"-a istinadən məlumatına görə, hadisə Yeni Yasamalda, Şeyx Məhəmməd Xiyabani küçəsindəki binada qeydə alınıb.
Belə ki, binanın 8-ci mərtəbəsindəki mənzillərdən birində alovlanma baş verib. Əraziyə yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb.