Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sudan zəhərlənmə ilə bağlı həbs olunan var

Sudan zəhərlənmə ilə bağlı həbs olunan var

Dağıstanın Məhərrəmkənd rayonunun “Kommunal təsərrüfat” bələdiyyə büdcə müəssisəsinin direktoru yerli sakinlərin keyfiyyətsiz su ilə kütləvi zəhərlənməsi faktı ilə bağlı həbs olunub.

Bu barədə Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi məlumat yayıb.

 Dağıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, bağırsaq infeksiyası əlamətləri ilə tibb müəssisələrinə 370-dən çox insan müraciət edib. “Rospotrebnadzor”un ilkin məlumatına əsasən, infeksiya su kəmərində baş vermiş iki qəza nəticəsində əhaliyə keyfiyyətsiz suyun verilməsi ilə əlaqədardır.

 Faktla bağlı təhlükəsizliyin tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi üzrə cinayət işi başlanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də