Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi MÜZAKİRƏ EDİLDİ

Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi MÜZAKİRƏ EDİLDİ

İqtisadi Şuranın iclası keçirilib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

 Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-cı il və ortamüddətli dövr üçün dövlət büdcəsi və icmal büdcə gəlirlərini formalaşdıran daxilolmaların strukturu, gəlirlər üzrə siyasətin əsas istiqamətləri və digər cari məsələlər müzakirə olunub.

 Gündəlikdə olan büdcə-vergi məsələləri üzrə maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin məruzəsi dinlənilib.

 Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.

 İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də