
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə gələcək danışıqların şərtlərini açıqlayıb.
Ukraynanın müharibədən sonra reabilitasiyası üzrə 4-cü Beynəlxalq Konfransın keçirildiyi Romadakı mətbuat konfransında Zelenski deyib: “Biz tərəflərin ikinci görüşdə - İstanbulda razılaşdırdığı mübadilələri tamamlamalıyıq”.
İyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında birbaşa danışıqların ikinci raundu keçirilib. Tərəflər müharibədə həlak olan 6 min hərbçinin cəsədinin bir-birinə verilməsi ilə yanaşı, ağır yaralıların, habelə yaşı 25-dən aşağı olan hərbi əsirlərin mübadiləsi barədə razılığa gəliblər.