Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Özbəkistanda yaşayan tanınmış soydaşımız vəfat edib

Özbəkistanda yaşayan tanınmış soydaşımız vəfat edib
Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə 75 yaşında vəfat edib.

"525-ci qəzet"in məlumatına görə, Əli Heydər oğlu Nəsirli 1950-ci il yanvarın 18-də Ağcabədi rayonunda, əslən Şuşadan olan Nəsirli Heydər Məşədi Hüseyn oğlunun ailəsində dünyaya gəlmişdi. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirən Ə.Nəsirli 1979-cu ildən Özbəkistan Respublikasında yaşayırdı. O, Özbəkistan Respublikası Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə çalışmışdı. Ə.Nəsirli daxili işlər orqanlarından təqaüdə çıxdıqdan sonra vəkil kimi fəaliyyət göstərirdi. Özbəkistan Vəkillər Kollegiyasının üzvü idi, Azərbaycan Vəkillər Kollegiyası tərəfindən "Fəxri Vəkil" adı ilə təltif edilmişdi.

Əli Nəsirli həm də bədii yaradıcılıqla məşğul idi. Özbəkistan Yazıçılar Birliyinin üzvü olan soydaşımızın özbək və Azərbaycan dillərində müxtəlif şeirlər kitabları nəşr olunmuşdu.

Özbəkistan-Azərbaycan dostluq münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərinə görə 2012-ci ildə Özbəkistan Respublikasının, 2022-ci ildə isə Azərbaycan Respublikasının “Dostluq” ordenləri ilə təltif edilmişdi.

Allah rəhmət eləsin!


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də