Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sertifikasiyadan keçməyən həkimlərin iş yeri və maaşı 6 ay saxlanılacaq

Sertifikasiyadan keçməyən həkimlərin iş yeri və maaşı 6 ay saxlanılacaq

Sertifikasiya imtahanından keçməyən tibb mütəxəssisləri təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılacaq.

 Prezident İlham Əliyev bununla bağlı Əmək Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.

Belə ki, davamlı peşəkar inkişafın illik və 5 illik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də