Braziliyanın Portu-Nasiunal (Tokantis ştatı) şəhərində təyyarə qəzası baş verib.
RegionTV.info “Report”un məlumatına görə bildirir ki, bu barədə “Globo” nəşri bildirib.
Hadisə zamanı təyyarədə pilotdan başqa, Braziliyanın dördüncü divizionunun klubu “Palmas”ın prezidenti və dörd futbolçusu olub. Onların hamısı qəza zamanı həlak olublar.
"Palmas" həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verib. Komanda sabah səfərdə “Vila-Nova” klubuna qarşı oynamalı idi.
Xəbəri paylaş