Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədən Moskvaya uçuş təxirə salındı - Rəsmi SƏBƏB

Gəncədən Moskvaya uçuş təxirə salındı - Rəsmi SƏBƏB

"UTair" aviaşirkətinin 9 iyul 2025-ci il tarixində Gəncə Beynəlxalq Hava Limanından Moskva şəhərinə (Vnukovo Hava Limanı) həyata keçirilməsi planlaşdırılan "UT744" nömrəli reysi, hava gəmisi kapitanının qərarı ilə texniki səbəbdən təxirə salınıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

"Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlar otelə yerləşdirilib və digər zəruri xidmətlərlə təmin olunub

Təxirə salınmış uçuşun 10 iyul tarixində, saat 15:00-da həyata keçirilməsi planlaşdırılır

Sərnişinlər uçuşun dəqiq statusu və əlavə məlumat üçün "UTair" aviaşirkəti ilə əlaqə saxlaya bilərlər", - məlumatda bildirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də