
Bu barədə RegionTV.info "Anadolu" agentliyinə istinadən xəbər verir.
Türkiyənin Hərbi-Dəniz Qüvvələrinin inventarına ötən ay daxil edilmiş təyyarə ilk uçuşunu edib.
Nazir qeyd edib ki, R-72-də uçan şəxsi heyət əhəmiyyətli tapşırıqları yerinə yetirəcək.
"Təyyarənin yerinə yetirəcəyi tapşırıqlar gələcəkdə vətənimiz və xalqımız, onların təhlükəsizliyinin təminatı üçün əhəmiyyətlidir. Biz Silahlıl Qüvvələri ən müasir texnologiyalarla təmin etməyə davam edəcəyik", - Akar deyib.
R-72 hərbi dəniz patrul təyyarəsi MELTEM-3 layihəsi çərçivəsində hazırlanıb.
P-72 təyyarələri bu sistemlərin sayəsində sualtı gəmilərin məhv edilməsi, suüstü müdafiə, müşahidə və kəşfiyyat, radiolokasiya, axtarış və xilasetmə kimi əhəmiyyətli tapşırıqları yerinə yetirəcəklər.
P-72 P-235 təyyarələrindən fərqli olaraq, daha uzun müddət ərzində uçuş imkanına malikdir.

