Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda teatr direktoru istefa verdi

Azərbaycanda teatr direktoru istefa verdi

Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev işdən çıxıb.

O, bir müddət əvvəl tutduğu vəzifədən kənarlaşıb.

 Mədəniyyət Nazirliyindən məlumatı “lent.az”a təsdiqləyiblər.

Bildirilib ki, Elman Rəfiyev bir müddət əvvəl öz xahişi ilə ərizə yazaraq işdən ayrılıb.

Qeyd edək ki, Elman Rəfiyev 2009-cu ildən Dövlət Pantomima Teatrının direktoru postunu tutub.

Bir neçə il əvvəl teatrın dövlətə 150 min manatdan çox vergi borcunun olması barədə xəbərlər yayıldı.

Bundan sonra Elman Rəfiyevin ölkədən çıxışına da qadağa qoyulmuşdu.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də