
Mətbuatda və sosial şəbəkələrdə bir sıra rayonlarda çalışan həkimlərin maaş ala bilmədikləri barədə xəbərlər yayılıb.
TƏBİB iddialara aydınlıq gətirib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində əməkhaqqı ödənişləri mövcud qanunvericiliyə və əmək müqavilələrinin şərtlərinə uyğun olaraq növbəti ayın 10-dək həyata keçirilir.
"Hazırda yeni sistemə keçidlə bağlı zəruri sənədləşmə prosesi tamamlanıb və əməkhaqlarının ödənişi təmin olunub", - məlumatda deyilir.