Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Makron Britaniyanı Fələstini tanımağa çağırıb

Makron Britaniyanı Fələstini tanımağa çağırıb

Fransa prezidenti Emmanuel Makron Londonda İcmalar Palatasının və Lordlar Palatasının üzvləri qarşısında çıxış edərək Britaniyanı Fələstin dövlətini tanımağa çağırıb.

Fransa liderinin 2008-ci ildən bəri Britaniyaya ilk dövlət səfərinin başlanğıcında Makron Yaxın Şərqdəki gərginlik və ABŞ-ın dəstəyi ilə bağlı qeyri-müəyyənlik şəraitində əməkdaşlığın vacibliyini vurğulayıb.

“Bu gün Fələstin dövlətini tanımaq və bu siyasi sürəti işə salmaq üçün birlikdə çalışmaq sülhə aparan yeganə yoldur”,- deyən Makron, London və Parisin məsələ ilə bağlı məsləhətləşmələri davam etdirdiyini bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də