Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəbəhazırlıq qrupları üzrə məktəb və müəllim seçimi başlayır

Məktəbəhazırlıq qrupları üzrə məktəb və müəllim seçimi başlayır

Bu gündən etibarən 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə start verilir.

Bu barədəMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verib.

Bildirilib ki, valideynlər 8 iyul saat 13:00-dan başlayaraq, Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhərində seçim prosesi 9 iyul saat 13:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 10 iyul saat 13:00-da başlayacaq.

Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və 12 sentyabr 2025-ci ilədək davam edəcək.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də