Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncə şəhərində yerləşən iri mədəniyyət ocağına yeni direktor təyinatı olub FOTOLAR

 

Gencexeber.az-ın məlumatına görə, Teymur Ayaz oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Gəncə şəhər Nizami Gəncəvi Muzey Kompleksinin direktoru vəzifəsinə təyin edilib.

Teymur Əliyev əmək fəaliyyətinə 2012-ci ildə Gəncə şəhərindəki tədris mərkəzlərinin birində direktor kimi başlayıb. Daha sonra Bakı şəhərində fəaliyyət göstərən “Qlobal Karyera İnstitutu”nun direktoru olub.

2018–2021-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. 2021–2025-ci illərdə isə Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın Aparat rəhbəri vəzifəsini icra edib.

O, İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Rusiya, Kipr və sairə ölkələrdə keçirilən beynəlxalq konfrans, həmçinin seminarlarda Azərbaycanı təmsil edib. Ümumilikdə 430 yerli və 89 beynəlxalq layihənin rəhbəri olub.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də