Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

PKK-nın tərksilah prosesi 10 gün içində başlayacaq

PKK-nın tərksilah prosesi 10 gün içində başlayacaq

Terror qruplaşması PKK-nın 50 nəfərlik ilk qrupu 10 gün ərzində Şimali İraqın Dahuk şəhərində silahlarını yerə qoyacaq.

Bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb.

Qeyd olunur ki, təşkilatın özünün tərksilah olma prosesi sentyabra qədər başa çata bilər. Terrorçular tərəfindən silahların təhvil verilməsi Türkiyə nümayəndələrinin, İraqın mərkəzi orqanlarının və İraq Kürdüstanı administrasiyasının nəzarəti altında baş tutacaq.

Qeyd edək ki, PKK terror təşkilatının rəhbəri Abdullah Öcalan may ayının 12-də silahı yerə qoymaqla bağlı çağırış edib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də