
İran prezidenti Məsud Pezeşkianın İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Liderlər Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana gələcəyi təsdiqlənib.
İranın “Mehr” xəbər Agentliyi prezidentin Azərbaycana yola düşəcəyini açıqlayıb.
Azərbaycan 2025-ci il iyulun 3-4-də Xankəndidə keçiriləcək İƏT Liderlərinin 17-ci Sammitinə ev sahibliyi edəcək. Sammitdə İƏT-in regional əməkdaşlığın inkişafı və davamlı inkişafın təşviqində rolu vurğulanacaq.