Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan-İran əməkdaşlığı müzakirə olunub

Ermənistan-İran əməkdaşlığı müzakirə olunub
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İranın xarici işlər naziri Seyid Abbas Arakçi ilə telefon danışığı aparıb.

 Ermənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər son regional hadisələri müzakirə ediblər.

Nazir Mirzoyan ümid etdiyini bildirib ki, İranla İsrail arasında yaradılmış atəşkəs davamlı olacaq və danışıqlar üçün real imkan yaradacaq.

Ararat Mirzoyan və Abbas Arakçi çoxtərəfli platformalarda əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı iki qonşu ölkə arasında böhranlı vəziyyətlərdə əməkdaşlıq məsələlərinə toxunulub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də