Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İsrail Qəzzada 60 günlük atəşkəsə "HƏ" dedi

İsrail Qəzzada 60 günlük atəşkəsə "HƏ" dedi

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.

 Amerika lideri bunu “Truth” hesabında yazıb.

“Mənim nümayəndələrim Qəzza ilə bağlı İsrail tərəfi ilə uzun və məhsuldar görüş keçiriblər. İsrail 60 günlük atəşkəs üçün müvafiq şərtlərə razılıq verib. Bu müddət ərzində biz münaqişəni dayandırmaq üçün bütün tərəflərlə işləyəcəyik. Ümid edirəm ki, Yaxın Şərqin rifahı üçün HƏMAS bu təklifləri qəbul edəcək. Əks təqdirdə daha da pis olacaq”, - Tramp bildirib.

Onun sözlərinə görə, Misir və Qətər münaqişənin həlli üçün yekun təklif verəcəklər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də