Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Narkotikə görə tutulan ruslar həbs edildi - YENİLƏNİB

Narkotikə görə tutulan ruslar həbs edildi - YENİLƏNİB

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

 Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürova, Rəna Qafarova, Şəhla Süleymanova və Azər Tağıyevin hakimliyi ilə keçirilən prosesdə səkkiz nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, saxlanılan şəxslər bir-bir məhkəməyə çıxarılıb.

İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşlarıdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də