Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda sammit keçiriləcək - Liderlər ölkəmizə GƏLİR

Azərbaycanda sammit keçiriləcək - Liderlər ölkəmizə GƏLİR

İyulun 3-4-də Azərbaycan mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək.

Ölkəmizdə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XVII sammiti keçiriləcək.

Sammitdə təşkilata üzv dövlətlərin prezidentləri və baş nazirləri, həmçinin yüksək səviyyəli beynəlxalq nümayəndələr iştirak edəcək.

Toplantıda üzv ölkələr arasında iqtisadi inteqrasiya, ticarət, nəqliyyat-logistika, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və sosial inklüzivlik kimi mövzular müzakirə olunacaq. Həmçinin bir sıra ikitərəfli görüşlər və sənəd imzalanmaları da gözlənilir.

İqtisadi Əməkdaşlıq Təşkilatı nədir?

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə İran, Türkiyə və Pakistan tərəfindən yaradılıb. Əvvəllər "Regional Cooperation for Development" (RCD) adı ilə tanınan birlik 1992-ci ildə Azərbaycan da daxil olmaqla daha 7 ölkənin üzvlüyə qəbul olunması ilə genişlənib.

Hazırda təşkilata 10 ölkə üzvdür: Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan.

Təşkilatın əsas məqsədi üzv dövlətlər arasında iqtisadi əməkdaşlığı dərinləşdirmək, regional ticarət imkanlarını artırmaq və dayanıqlı inkişafı təşviq etməkdir.

Qeyd edək ki, Türkiyə mətbuatı Prezident Rəcəb Tayyib Ərdoğanın sammitdə iştirak edəcəyini yazıb. Digər ölkələrin də liderlər səviyyəsində təmsil olunacağı gözlənilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də