Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Səfərov qardaşlarının nəşi Bakıya gətirildi - FOTO

Səfərov qardaşlarının nəşi Bakıya gətirildi - FOTO

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.

 “Ural Hava Yolları” ilə gətirilən cənazələr bir az sonra yaxınlarına təhvil veriləcək.

***

19:58

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburq şəhərində amansızcasına qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi Azərbaycana gətirilir.

Cənazələri daşıyan təyyarə tezliklə Bakıya enəcək.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında OMON-çular Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı azərbaycanlı Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.

Öldürülən azərbaycanlılar tanınmış jurnalist, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də