
Türkiyə Futbol Federasiyası əsas milli komandanın baş məşqçisi Vinçentso Montellanın müqaviləsinin müddətini uzadıb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Vinçentso Montella 2023-cü ilin sentyabr ayında Türkiyə yığmasının baş məşqçisi postuna təyin olunub