Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstanda müxalifət lideri həbs olundu

Gürcüstanda müxalifət lideri həbs olundu
Tbilisi Şəhər Məhkəməsi müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri, “Vahid Milli Hərəkat” partiyasının keçmiş sədri Nika Meliyanı 8 ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin qərarı ilə N.Meliyanın iki il müddətinə vəzifə tutması da qadağan olunub.

Qeyd edək ki, N. Meliya parlamentin sabiq dövlət başçısı Mixeil Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətləri araşdıran müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunurdu.

Tbilisi Şəhər Məhkəməsinin qərarları ilə eyni ittiham əsasında digər müxalifətçilər – “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Zurab Caparidze 7 ay, “Güclü Gürcüstan” koalisiyasının liderləri - Mamuka Xazaradze və Badri Caparidze 8 ay, “Ağmaşenebeli strategiyası” partiyasının lideri Giorgi Vaşadze və siyasətçi Givi Tarqamadze 7 ay müddətinə həbs ediliblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də