Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kılıçdaroğlunun sədrliyə gəlməsi ehtimalı yüksəkdir - CHP-dən ÖZƏL AÇIQLAMA

Kılıçdaroğlunun sədrliyə gəlməsi ehtimalı yüksəkdir - CHP-dən ÖZƏL AÇIQLAMA

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ildə keçirilmiş qurultayı ilə bağlı məhkəmə qərarının iyunun 30-da açıqlanacağı bildirilib.

Əgər məhkəmədən “mutlaq butlan” - yəni qurultayın nəticələrinin ləğvi qərarı çıxarsa, sabiq sədr Kamal Kılıçdaroğlu yenidən CHP-nin rəhbərliyinə qayıda bilər.

Kılıçdaroğlu partiyaya qəyyum təyin edilməsinin qarşısını almaq üçün partiya sədrliyinə qayıtmağı istisna etməyib.

Buna baxmayaraq CHP daxilində onun qayıdışına dair sərt reaksiyalar var.

 CHP-nin xarici siyasət koordinatoru İlhan Üzgel bildirib ki, Kılıçdaroğlunun yenidən sədrliyə qayıtma ehtimalı yüksəkdir:

"Elə bir dövrdür ki, hər an hər qərar verilə bilər. Belə bir ehtimal var, yüksəkdir". 

İ.Üzgel vurğulayıb ki, hazırda Kılıçdaroğlunu CHP seçicisi istəmir:

"Partiyamız çox yaxşı momentum əldə edib.Türkiyədə birinci partiyayıq. Cənab Kılıçdaroğlu seçicilər tərəfindən istənilmir. Heç kim CHP-də bir lider dəyişikliyi istəmir".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də