
Rafael Rza oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 19-də bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, R.Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.