Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dünyanın ən quraq səhrasına qar yağdı

Dünyanın ən quraq səhrasına qar yağdı

Dünyanın ən quraq səhrası hesab olunan Atаkamada nadir təbiət hadisəsi yaşanıb.

 Çilinin şimalında yerləşən bu səhranın sakinləri cümə axşamı səhər oyandıqda inanılmaz mənzərə ilə qarşılaşıblar.

Belə ki, Atаkama səhrası qarla örtülüb.

Avropa Cənub Rəsədxanası (ALMA) sosial şəbəkə hesabında qeydə alınmış görüntüləri yayımlayaraq belə yazıb: “İNANILMAZ! Dünyanın ən quraq səhrası olan Atаkama qarla örtülüb!”

ALMA-nın yerləşdiyi ərazi dəniz səviyyəsindən 2900 metr yüksəklikdədir. Rəsədxanadan bildirilib ki, 5000 metr hündürlükdəki Çaynantor platosunda arada bir qar müşahidə olunsa da, əsas obyektin yerləşdiyi mərkəzdə son on ildə ilk dəfədir belə hadisə qeydə alınır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də