Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabirabadda ağır qəza: üç nəfər öldü

Sabirabadda ağır qəza: üç nəfər öldü

Sabirabadda baş vermiş qəzanın təfərrüatları məlum olub.

İmişli şəhər sakini, 1994-cü il təvəllüdlü Səmədov Teymur İlham oğlunun idarə etdiyi "MAN" markalı yük avtomobili ilə Sabirabad rayonunun Nizami kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlunun idarə etdiyi "QAZ-24" markalı avtomobil toqquşub.

Nəticədə "QAZ-24"-ün sürücüsü, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və sərnişinləri, Sabirabad rayon Nizami kənd sakinləri, 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu hadisə yerində ölüblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də