Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda dövlət çevrilişinə CƏHD OLUB

Ermənistanda dövlət çevrilişinə CƏHD OLUB

Ermənistanda dövlətçevrilişinə cəhd olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları “Müqəddəs mübarizə” adlı təşkilatın üzvlərinin axtarışına başlayıblar.

Məlumata görə, çevrilişə cəhd arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyilə olub. Hazırda onun iqamətgahında əməliyyat keçirildiyi bildirilir.

Yayılan məlumatda deyilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ”Daşnaksütyun” partiyasının üzvləri İqor Sarkisyan, Vardan Avaqyan, Artaşes Hunanyan, Varazdat Amiraqyanın mənzillərində axtarışlar aparır.

“Müqəddəs mübarizə” təşkilatının üzvləri Ara Rostomyan, Telman Tadevosyanın da mənzillərində axtarışlara başlanıb.
 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də