Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İran-İsrail savaşı: Tərəflər itkilərini AÇIQLADI

İran-İsrail savaşı: Tərəflər itkilərini AÇIQLADI

İyunun 13-də başlayan və bu gün səhər saatlarında dayanan İsrail və İran arasında toqquşmada hər iki tərəf ağır itkilər verib.

İran Səhiyyə Nazirliyi ölkədə İsrailin endirdiyi zərbələr nəticəsində 600-dən çox insanın həlak olduğunu, ümumilikdə təxminən 5 min nəfərin isə yaralandığını açıqlayıb.

İsrailin Baş naziri Ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində İsraildə 28 nəfər ölüb, 1 472 nəfər yaralanıb.

Müşavir qeyd edib ki, müharibə başlayandan bəri İsrail ərazisinə təxminən 550 raket atılıb, 1 000-dən çox PUA buraxılıb. İsrailin Vergi İdarəsinə dəymiş ziyanla bağlı 38 700 müraciət daxil olub. Bundan əlavə, 15 500-dən çox insan evsiz qalıb.

Münaqişə zamanı İsrailin hava məkanı da bağlanıb. 150 minə yaxın vətəndaş hazırda evlərinə qayıda bilmir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də