Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Alim Qasımovun qızı məzun oldu

Alim Qasımovun qızı məzun oldu

Xalq artisti Alim Qasımovun qızı Dilrubə məzun olub. 

Bu haqda xanəndə özü paylaşım edib. O bildirib ki, qızı Azərbaycan Tibb Universitetini bitirib:

 "Bu yolun hər addımında zəhmət, iradə və inam var. Həyatın heç bir mərhələsində gec deyil. Sən bunu sübut etdin. Səninlə fəxr edirəm, Dilrubə qızım. Məzun adın mübarək".

 Dilrubə isə paylaşımında "Bu yolun hər anı bir mübarizə, hər günü bir dərs oldu. İndi isə bu şəkillərdə yalnız uğur deyil, həm də dostluq, dəstək və xatirələr var" sözlərini əlavə edib.

 Qeyd edək ki, A.Qasımovun 2 qız, 2 oğlan övladı var. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də