Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həbib Azərbaycan nazirləri ilə FOTOSUNU paylaşdı

Həbib Azərbaycan nazirləri ilə FOTOSUNU paylaşdı

Məşhur rusiyalı MMA ulduzu, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Azərbaycanın nazirləri ilə görüşüb.

O, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə xatirə fotosu çəkdirib.

Azərbaycana səfərindən fotoları instaqram hesabında paylaşan Həbib burada gördüyü xoş münasibət üçün ölkəmizə təşəkkürünü bildirib.

“Azərbaycana buna görə təşəkkür edirəm. Buradakı iki gün heyrətamiz idi”, - o, paylaşımda bildirib.

Qeyd edək ki, UFC-nin Bakıda başa çatan turnirində Nurməhəmmədovun məşqçisi olduğu Taqir Ulanbekov qələbə qazanıb. O, qazaxıstanlı Maksum Azatı (Qazaxıstan) məğlub edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də