
İngiltərənin "Liverpul" komandası Florian Virtsin transferini açıqlayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı oyunçu üçün Almaniyanın "Bayer" klubuna ümumilikdə 116 milyon funt sterlinq ödəniləcəyi yazılır. Onunla 2030-cu ilədək müqavilə imzalanıb.