Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kriştianu Ronaldu 12,3 milyonluq təklifi rədd etdi

"Yuventus"un ulduzu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanından aldığı reklam təklifini rədd edib.
RegionTV.info "The Telegraph"a istinadən xəbər verir ki, ərəblər portuqaliyalı futbolçuya ən son turizm yeniliklərinin reklamı üçün illik 5,3 milyon funt-sterlinq (təxminən 12,3 milyon manat) təklif edib. Amma Ronaldu reklam təklifini qəbul etməyib.
Məlumata görə, Ronaldudan rədd cavabı alan ərəblər "Barselona"nın ulduzu Lionel Messiyə təklif göndərib. Argentinalı futbolçu hələlik təklifə cavab verməyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də