Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu ölkə Tehrandakı səfirliyini bağladı  - Diplomatları Azərbaycana göndərir

Bu ölkə Tehrandakı səfirliyini bağladı - Diplomatları Azərbaycana göndərir

İranda təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi səbəbindən Avstraliya Tehrandakı səfirliyini müvəqqəti bağlamaq və diplomatik işçilərini evakuasiya etmək qərarına gəlib.

Bu haqda Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.

Avstraliya Xarici İşlər Nazirliyinin saytında verilən açıqlamaya görə, səfirliyin bütün əməkdaşları və onların ailə üzvləri ölkəni tərk edəcək. Yeganə istisna, hökumətin böhrana reaksiyasını koordinasiya etmək üçün regionda qalacaq səfirdir.

 İranı tərk edən Avstraliya vətəndaşlarına kömək etmək üçün Azərbaycana konsulluq əməkdaşları ezam olunub. Açıqlamada vurğulanıb ki, İranı təhlükəsiz şəkildə tərk edə biləcək bütün avstraliyalılar bunu mümkün qədər tez etməlidirlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də