Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lisey və gimnaziyaların qəbul imtahanlarına qeydiyyat başa çatır

Lisey və gimnaziyaların qəbul imtahanlarına qeydiyyat başa çatır

2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, qəbul prosesi mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara şagird qəbulu üçün imtahana qeydiyyatın yekunlaşmasına son 3 gün qalıb.

Təhsil İnstitutundan verilən məlumata görə, qeydiyyat 20 iyun saat 12:00-da başa çatacaq.

Qeydiyyat Şagirdlərin Elektron Yerdəyişmə Portalı – //sy.edu.az vasitəsilə həyata keçirilir.

Əlavə məlumat və texniki dəstək üçün //sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də