Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vəfa Quluzadənin həyat yoldaşı vəfat edib

Vəfa Quluzadənin həyat yoldaşı vəfat edib

Keçmiş dövlət müşaviri, mərhum diplomat Vəfa Quluzadənin həyat yoldaşı Leyla Əhmədovanın vəfat etdiyi barədə xəbər yayılıb.

Bu barədə məlumat Facebook-da Quluzadələr ailəsini tanıyan şəxslər tərəfindən  yayılıb.

Məlumata görə, mərhum bu gün dəfn edilib.

Vəfa Quluzadə 1990-1999-cu illərdə xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsini tutub.

2010-cu ildə onun oğlu Murad Quluzadə 36 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Vəfa Quluzadə 2015-ci ilin aprelində ürək əməliyyatı keçirmiş, mayın 1-də isə vəfat etmişdi.

Allah rəhmət eləsin.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də