Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dövlət qulluğu imtahanına sənəd verənlərə vacib xəbər 

Dövlət qulluğu imtahanına sənəd verənlərə vacib xəbər 

22 iyun 2025-ci il tarixində keçiriləcək BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmır


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də