
Bu barədə RegionTV.info Ermənistan mətbuatına istinadən xəbər verir.
Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, koronavirusla bağlı 1 953 test aparılıb, onlardan 127-nin nəticəsi müsbət olub.
“24 yanvar saat 11:00-a olan məlumata görə, koronavirusa ümumilikdə 166 036 yoluxma qeydə alınıb, onlardan 154 708 nəfər sağalıb, 3 039 nəfər vəfat edib. Hazırda 7 538 nəfərin müalicəsi davam etdirilir. Bu günə kimi ümumilikdə 636 765 test aparılıb.