Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ceyhun Bayramov özbək həmkarı ilə İsrail-İran qarşıdurmasını müzakirə etdi

Ceyhun Bayramov özbək həmkarı ilə İsrail-İran qarşıdurmasını müzakirə etdi
16 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, telefon danışığı zamanı, İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyəti, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də