Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İsraildə ölən və yaralananların sayı AÇIQLANDI

İsraildə ölən və yaralananların sayı AÇIQLANDI

İranın son üç gün ərzində İsrail ərazisinə endirdiyi raket zərbələri nəticəsində 24 nəfər ölüb.

Bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, 24 nəfər ölüb, 592 nəfər isə yaralanıb:

“Zərərçəkənlər arasında on nəfərin vəziyyəti ağır, 36 nəfər orta dərəcəli xəsarət alıb, 546 nəfərdə yüngül xəsarətlər aşkarlanıb".

D.Gendelman İsrailə ümumilikdə 370-dən çox ballistik raketin atıldığını vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də