Bakı və Ankara beynəlxalq meydanlarda Ermənistana qarşı fəaliyyət aparır.
RegionTV.info "KONKRET.az"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni türkoloq Ruben Melkonyan deyib.
O iddia edib ki, Azərbaycan Ermənistana qarşı çoxmilyardlıq məhkəmə iddialarını yeni ərazilər tələb etmək üçün hazırlayır.
Qeyd edək ki, Ermənistan 27 illik işğal müddətində Azərbaycana yüzmilyardlarla ziyan vurub.
Hazırda bu faktların toplanaraq hüquqi müstəviyə çıxarılması və Ermənistandan təzminat tələbi üçün hazırlıqlar gedir.
Xəbəri paylaş