Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranın 14 nüvə alimi öldürülüb

İranın 14 nüvə alimi öldürülüb

İsrailin hücumu nəticəsində İranda nüvə sahəsində fəaliyyət göstərən 14 alim həlak olub.

Bu barədə "Reuters" agentliyi Fars körfəzindəki iki mənbəyə istinadən məlumat yayıb.

Alimlərdən bəziləri avtomobilə yerləşdirilmiş bombaların kçə düşməsi nəticəsində həlak olublar.

İranın "Nur News" agentliyinin məlumatına görə, iyunun 13-nə kimi İsrailin hava hücumları nəticəsində azı altı nüvə alimi həlak olub.

Onlar arasında Əbdülhəmid Mənuçehr, Əhmədrza Zülfikari, Əmirhüseyn Fəxi, Mətləbizadə, Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi var.

Qeyd edək ki, İsrail və İran arasında qarşılıqlı zərbələr iyunun 13-nə keçən gecə başlayıb. İlk hücumlar İranın nüvə obyektlərinə edilib. Tehran buna cavab olaraq yüzlərlə raket atıb, bundan sonra İsrail aviasiyası İran ərazisindəki hədəfləri vurmağa davam edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də