Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İzmirdə güclü yanğın  - Xəstəxana təxliyə edilir

İzmirdə güclü yanğın - Xəstəxana təxliyə edilir

Türkiyənin İzmir vilayətinin Konak rayonunda polietilen məmulatları istehsal edən zavodda yanğın olub..

Hadisə zavodun həyətindəki transformatorda qeydə alınıb.

Qısa müddətdə genişlənən alov əvvəlcə zavodun binasına, daha sonra isə yaxınlıqdakı xəstəxanaya yayılıb.

Əraziyə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis qüvvələri cəlb olunub. Alovun yayıldığı xəstəxanada təxliyə prosesi icra olunub.

Yanğından havaya qalxan qara tüstü şəhərin bir çox yerindən müşahidə edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də