
"Sevimli dad" brendinin fəaliyyətini dayandırdığına dair yayılan məlumatlara aydınlıq gətirilib.
Azera Holdinq şirkətlər qrupuna daxil olan "Azemal" şirkətinin nümayəndəsi Elnur Kələntərov sosial şəbəkədə bildirib ki, "MilkPro" MMC ləğv edilsə də, bu, brendlərin fəaliyyətinə təsir etməyib:
"MilkPro" MMC ləğv edilib. Amma, "Sevimli dad" və "MilkPro" brendləri altında süd məhsulları "Azera Holding" şirkətlər qrupuna daxil olan "Azemal" şirkəti tərəfindən bu ilin əvvəlindən istehsal olunur.”