Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fransada təyyarə qəzası

Fransada təyyarə qəzası

Fransanın İzer departamentinin Vif kommunasında qəzaya uğramış turist təyyarəsinin qalıqları tapılıb.

Kiçik təyyarə Qrenobl yaxınlığındakı Versud aerodromundan bir nəfərlə havaya qalxıb. İzer prefekturası mətbuata açıqlamada bildirib ki, təyyarənin qalıqları, eləcə də cəsəd tapılıb, ancaq cəsədin kimliyi hələ müəyyən edilməyib.

“Təyyarə çərşənbə günü günortadan sonra Versud helikopter bazasından havaya qalxıb və günün sonuna qədər geri qayıtmalı idi. Təyyarə geri qayıtmadığı üçün cümə axşamı səhər saat 9:30-da xəbərdarlıq edilib”,- deyə prefektura izah edib.

“ICI Isere” radiosunun məlumatına görə, təyyarədə tək olan pilot həmin gün Fransanın cənubuna gediş-gəliş etməyi planlaşdırıb. Bildirilib ki, meşəlik ərazidə Vif kommunasının yüksəkliklərində təyyarə qalıqlarının olması barədə təcili yardım xidmətlərinə xəbərdarlıq edilib.

Prefektura qeyd edir ki, insidentin səbəblərini müəyyənləşdirmək üçün istintaq başlayıb və araşdırmalar davam edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də