Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"ABŞ-ın icazəsi olmadan İsrail hücum etməzdi" - Tehrandan ittiham

"ABŞ-ın icazəsi olmadan İsrail hücum etməzdi" - Tehrandan ittiham

Rəsmi Tehran İsrailin İrana zərbələrinə görə ABŞ-ın məsuliyyət daşıdığını bəyan edib.

Bu barədə İran Xarici İşlər Nazirliyi öz Telegram kanalında bildirib.

"İsrailin İrana qarşı təcavüzü ABŞ-ın koordinasiyası və icazəsi olmadan həyata keçirilə bilməzdi. Bu baxımdan, ABŞ səlahiyyətliləri İsrailin bu ​​avantürasının təhlükəli nəticələrinə görə də məsuliyyət daşıyır", - nazirliyin bəyanatında deyilir.

Bundan əvvəl İran rəsmiləri bildiriblər ki, İsrail iyunun 13-nə keçən gecə Tehranda yüksək rütbəli hərbçilərin və məmurların yerləşdiyi yaşayış məntəqələrinə zərbələr endirib. Zərbələr həmçinin ölkənin şimal-qərbində İran qoşunlarının yerləşdiyi Natanz nüvə obyektini də hədəf alıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də