Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nigar tənqid etdi: “37 ölkədən 37-ci yeri tutduq”

“Avroviziya” qalibimiz Nigar Camal deleqasiyamızı sərt tənqid edib.

Müğənni bu barədə “Afaqla 10lar” verilişində danışıb.

Nigar “Deleqasiya rəhbəri olmaq istərsənmi” sualına belə cavab verib:

“Deleqasiyamızın rəhbəri olmaq istərdim. Niyə də yox? Çünki çox zəif komandamız var. Biz bu il 37 ölkədən 37-ci yeri tutduq. Düşünürəm ki, bu, komandamızla əlaqəlidir. Mütləq yeniləmək lazımdır.

“Avroviziya”da tanışlarımız çoxdur, yaxşı bilirik ki, necə keçir? Tək mən yox, heç kim məmnun deyil. 3 ildir finala keçmirik, biabırçılıqdır. Finala keçməyə çalışmaq lazımdır. Boykot zəif addım olar, məncə, mütləq finala keçməliyik”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də