
Bir çoxları nəticələrin aşağı olmasının səbəbini Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında sualların çətin və proqramdan kənar olması ilə bağlı olduğunu deyilir.
DİM-in sədr Məleykə Abbaszadə bu cür ittihamlara cavab verib.
“Hər imtahan bitəndən sonra tam bazanı, kim necə cavab verib, sualı necə işləyib, bu haqda məlumatı Elm və Təhsil Nazirliyinin müvafiq qurumlarına ötürürük, onlar da bunu araşdırır”.
Məleykə Abbaszadə bildirib ki, datalara baxdıqda sualların 11-ci sinif proqramına aid olmadığını və məktəb proqramında daha aşağı siniflərdə keçirilən mövzuları əhatə etdiyini görürük.
“Buraxılış imtahanın məzmununa baxsaydınız görərdiniz ki, faktiki olaraq orada istifadə olunan suallar 8-ci, 9-cu bir az da 10-cu sinfin proqramlarını əhatə edir. Biz demək olar ki, 11-ci sinfin proqramına toxunmuruq. Amma səriştələri yoxlayırıq. 11-ci sinifə qədər oxuyub, o səriştəni biz o insanda görmürüksə, 2 ay sonra nə apreldə, nə mayda o səriştəni o insanda formalaşdırmaq mümkündür. Elə müəllim varsa, gəlib desin mümkündür. Səriştə dedikdə tanış, dərslikdə olmayan mətni oxuyub - anlamağı nəzərdə tuturam. Kurikulumun standartlarını hər bir şəxs oxuya bilər. Biz imtahan nəticələrini elan edəndə deyirik ki, bu tapşırıqlar, kurikulumun bu standartına uyğundur və hansı sinfin proqramına əsaslanır” – deyə DİM sədri Baku TV-ə müsahibəsində bildirib.