Hacıqabul rayonunda ot presləyən qurğuya düşən Sabirabad sakini xəstəxanada ölüb.
RegionTV.info-nun məlumatına görə, ötən gün Hacıqabul rayonunun Kolanı kəndində Sabirabad sakini, 1980-ci il təvəllüdlü İmanov Ramil Rasim oğlunun qolları və bədəninin bir hissəsi ehtiyatsızlıqdan işlək vəziyyətdə olan ot presləyən qurğuya düşüb.
Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün səhər saatlarında dünyasını dəyişib.
Pravda.az
Xəbəri paylaş