
Danimarkalı alimlər sübut edir ki, almanın müntəzəm olaraq istehlakı həmçinin bağırsaqların divarlarını qoruyur və bununla da bağırsaq xəstəliklərinin riskini azaldır.
RegionTV.info "saglamolun.az"-a istinadən bildirir ki, alma sağlamlıq üçün çox qiymətli maddə olan pektinlə zəngindir. Pektin nazik bağırsaqda yağlı turşular və piylərin sovrulmasını azaldır ki, bu da xolesterinin səviyyəsini aşağı salır.